Azərbaycanlı zəvvarlar artıq hacı adını alıblar - Allahşükür Paşazadə 

10:27 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı ilə bağlı məscidlərdə bayram namazları qılınıb.

Hafta.az xəbər verir ki, Təzəpir məscidində qılınan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaahşükür Paşazadə də qatılıb. 

Bayram namazından sonra Allahşükür jurnalistlərə açıqlama verib.

O, qeyd edib ki, azərbaycanlı zəvvarlar artıq Mina, Ərafəti ziyarət edib, həcc adını alıblar:

"Bu gün orada qurbanlar kəsiləcək. Hər il olduğu kimi bu il də müqəddəs torpaqlarda ümummilli lider Heydər Əliyev və şəhidlərin adına qurbanlar kəsiləcək".